WhatsApp
Ana səhifə / Tez-tez verilən suallar
FAQ / DƏSTƏK

Tez-tez verilən suallar

Bu bölmədə tur paketləri, uçuş, otel rezervasiyası, ödəniş, viza və sifariş prosesi ilə bağlı ən çox verilən suallara qısa və aydın cavabları tapa bilərsiniz.

turpaket.com by Go Travel

turpaket.com — Go Travel turizm şirkətinin brend platformasıdır. Sayt üzərindən istiqamətləri araşdırıb, uyğun tur paketlərini seçə və sifariş üçün birbaşa Go Travel komandası ilə əlaqə saxlaya bilərsiniz.

✅ turpaket.com by Go Travel

Ən çox verilən suallar

Aşağıdakı suallar istifadəçilərin ən çox maraqlandığı mövzuları əhatə edir. Daha detallı məlumat üçün Go Travel komandası ilə əlaqə saxlaya bilərsiniz.

1. Tur paketlərinə nələr daxildir?

Tur paketlərinin əksəriyyətinə aşağıdakılar daxildir:

  • Bakıdan gediş–dönüş aviabiletlər
  • Seçilmiş oteldə göstərilən gecə sayı qədər yerləşmə
  • Qidalanma planı (BB, HB, AI və ya UAI)
  • Aeroport–otel–aeroport transferi
  • Bəzi paketlərdə səyahət sığortası

Hər tur kartında daxil olan xidmətlər ayrıca göstərilir.

2. Qiymətlər bir nəfər üçün, yoxsa ümumi paket üçün göstərilir?

turpaket.com-da göstərilən əsas qiymət, seçdiyiniz tarix, gecə sayı və yolçu sayına görə bütün paket üçün ümumi məbləğ kimi hesablanır.

3. Necə bron edə bilərəm?

1) Saytda şəhəri, tarixi, gecə sayını və iştirakçı sayını seçin.
2) Siyahıdan bəyəndiyiniz otel paketini seçin.
3) WhatsApp və ya əlaqə düyməsi ilə məsləhətçimizlə danışın.
4) Ödəniş və sənədləşmə prosesi sizə ətraflı izah olunacaq.

4. Ödənişi necə edə bilərəm?

Ödəniş adətən aşağıdakı üsullarla həyata keçirilir:

  • Nağd ödəniş (ofisdə)
  • Bank kartı ilə ödəniş
  • Bank köçürməsi

Ödəniş üsulları sifariş zamanı dəqiqləşdirilir.

5. Vizaya kömək göstərirsiniz?

Bəzi istiqamətlər üzrə partnyorlarımız vasitəsilə viza dəstəyi göstərilə bilər. Sənədlərin siyahısı və şərtlər istiqamətə görə dəyişir.

6. Uşaqlar üçün endirim varmı?

Uşaq endirimləri otelin və aviaşirkətin siyasətindən asılıdır. Uşaq sayı və yaşını düzgün daxil etdikdə sistem mövcud endirimləri qiymətə tətbiq edə bilər.

7. Rezervasiyanı ləğv etmək və ya dəyişmək olar?

Bu, seçdiyiniz tarifin və otel / aviaşirkət qaydalarının şərtlərindən asılıdır. Bəzi hallarda dəyişiklik və ləğv üçün cərimə tətbiq olunur. Ətraflı məlumat üçün Qaytarılma və Ləğv Şərtləri səhifəsinə baxın.

8. Qiymətlər niyə tez-tez dəyişir?

Uçuş və otel qiymətləri dinamikdir və tələb, mövsüm və yer mövcudluğuna görə real vaxt rejimində yenilənə bilər.

9. Sizinlə necə əlaqə saxlaya bilərəm?

Telefon / WhatsApp: +994 55 636 63 33
E-mail: info@gotravel.az
Ünvan: Əhməd Rəcəbli küçəsi 153, IST Plaza, Bakı